İtaliyanın paytaxtı Romada 57 yaşlı kişi mənzil-kommunal təsərrüfatı ilə bağlı yığıncağın keçirildiyi kafeyə daxil olaraq qadınlara tapança ilə atəş açıb.
AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 4-ü yaralanıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir