Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) üzvləri ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
Bu barədə AZƏRTAC-a TAİB-dən məlumat verilib. Bildirilib ki, TAİB təmsilçiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar