1918-ci ildə Azərbaycanda, xüsusilə Bakı öz çətin və məşəqqətli günlərini yaşayırdı. Bolşeviklər daşnaklardan, daşnaklar bolşeviklərdən istifadə etməklə Bakıda azərbaycanlı əhaliyə qarşı təxribatlar, kütləvi qırğınlar törədirdilər. Bütün bunlar xalqın mübarizə əzmini qırmağa, onu ilhaqla barışmağa vadar etməyə hesablanmışdı