Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan və Rusiya Federasiyasının Krasnodar vilayəti sahibkarları arasında işgüzar görüş keçirilib. Görüşdə hər iki tərəfdən kənd təsərrüfatı, qida sənayesi, İKT, qablaşdırma, tikinti, ticarət və sair sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib