Sentyabrın 12-də Təhsil İnstitutunda doktoranturaya qəbul imtahanlarının sonuncu mərhələsi olan ixtisas fənnindən imtahanlar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, imtahanlarda xarici dil və fəlsəfə fənlərindən yüksək qiymət alan 17 iddiaçı bu mərhələdə iştirak hüququ qazanıb