Azərbaycan Premyer Liqası: “Qəbələ” “Kəpəz”i məğlub edib
Avqustun 21-də futbol üzrə Misli Premyer Liqasının üçüncü turunda “Kəpəz” və “Qəbələ” klubları üz-üzə gəlib.
AZƏRTAC xəbər verir ki, görüşdə “Qəbələ” 0:3 hesabı ilə qalib gəlib.
Qarşılaşmada qolları Məqsəd İsayev (18), Ramon Maçado (27) və Rövlan Muradov (57) vurublar