“Xəzər Media Mərkəzi” və "British Council" (Britaniya Şurası Təşkilatı) arasında əməkdaşlıq genişləndirilir. Bununla bağlı bu gün “Xəzər Media Mərkəzi”nin baş direktoru Murad Dadaşovla Britaniya Şurası Təşkilatının Azərbaycan üzrə filialının direktoru Nərgiz Hacıyeva və Mədəniyyət üzrə meneceri Dilarə İbrahimova arasında müzakirələr aparılıb. Müzakirələr zamanı gələcək əməkdaşlıqların istiqamətləri də müəyyənləşdirilib.