Abşeron yarımadasının əsas göllərindən sayılan Zığ gölünün Xəzər dənizinə çıxışı tam bağlanıb. Göl ilə dənizi birləşdirən təxliyə kanalının içinə torpaq tökülərək doldurulub. Nəticədə Zığ qəsəbəsindən gölə axan məişət-sənaye sularının və yeraltı suların əhatəsi daha da genişlənib, ərazidə ekoloji təhlükə yaranıb