Azərbaycanla Polşa arasındakı diplomatik əlaqələrin 30 illiyi ilə əlaqədar Varşavada siyasi məsləhətləşmələr keçirilir
Milli Məclisin deputatı Aydın Mirzəzadə Polşanın Varşava şəhərində səfərdədir.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC- a bildirilib ki, səfərdə məqsəd Azərbaycanla Polşa arasındakı diplomatik əlaqələrin 30 illiyi ilə əlaqədar siyasi məsləhətləşmələrdə iştirak etməkdir