“Təhsil” Respublika İdman Mərkəzinin boks üzrə respublika birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin boks zalında təşkil olunan yarışda 13 çəki dərəcəsində 87 idmançı mübarizə aparıb