Hər il yanvarın 27-də Rusiyada Leninqradın faşist blokadasından tam azad olunması günü (1944-cü il) qeyd edilir. Bu, Rusiyanın hərbi şərəf günüdür. Neva çayı üzərindəki şəhərin 872 gün davam edən qəhrəmancasına müdafiəsi 1944-cü il yanvarın 27-də başa çatıb. Alman qoşunlarına şəhərə daxil olmaq, onun müdafiəçilərinin mübarizəsini və ruhunu qırmaq nəsib olmadı