Polşa qonşu Belarusla sərhədboyu hasar tikintisinə başlayıb.
AZƏRTAC xəbər verir ki, rəsmi məlumatlara görə, uzunluğu 186 kilometr olacaq hasarın hündürlüyü 5,5 metr nəzərdə tutulur. Hasar indiyədək mövcud olan və hündürlüyü 2,5 metrə çatan tikanlı məftillərdən ibarət baryerləri əvəz edəcək