Bu gün Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat super turnirinin dördüncü turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov dördüncü turda polşalı Yan Kşiştov Duda ilə mübarizə aparıb. Rəqibinə qarşı ağ fiqurlarla oynayan şahmatçımız turu qələbə ilə başa vurub