Kiyev şəhərinin Peçersk rayon məhkəməsi Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun bütün əmlakına həbs qoyulması barədə qərar qəbul edib. Məhkəmə qərarı Petro Poroşenkonun dövlətə xəyanətdə ittiham edildiyi cinayət işi üzrə qəbul olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə sabiq prezidentin vəkili İqor Qolovanya məlumat verib. Vəkil qərara etiraz edəcəklərini bildirib