Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 364 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 605 nəfər sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 7 nəfər də vəfat edib.
Bu barədə yanvarın 1-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qərargahdan habelə, vurğulandığına görə, indiyə kimi ölkədə ümumilikdə 617 min 311 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 600 min 151-ı sağalıb, 8 min 365-i vəfat edib, aktiv xəstə sayı 8 min 795-ə düşüb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.