Dahi şair Nizami Gəncəvinin həyatı və yaradıcılığı, onun dövründən başlayaraq bir çox təzkirəçilərin, şairlərin və araşdırmaçıların tədqiqat mənbəyinə çevrilmişdir. Təzkirəçilər daha çox onun həyatı və əsərləri üzərində diqqəti cəmləşdirib, şairlər isə onun əsərlərindəki bəzi obrazları ya təqlid etməyə, ya da Nizami irsini olduğu kimi ötürməyə çalışıblar