Millimiz Dünya Çempionatının Avropa seçmələrində çıxdığı Serbiya ilə matçdan 1:3 hesablı məğlubiyyət ilə ayrılıb.
ONBİR görüşdən sonra hər iki komandanın baş məşqçilərinin fikirlərini AFFA-nın rəsmi saytına istinadən təqdim edir:
Gianni de Biasi (Azərbaycan): “Güclü komandaya qarşı oyunda məğlub olduq. Son dəqiqəyədək mübarizə apardıq. İki komanda arasında fərq böyükdür. Komandamın yaxşı oyun nümayiş etdirdiyini düşünürəm. Qısa zamanda komanda yaratmaq asan deyil. Vaxtımız azdır. Hər şeyi analiz edirəm, Azərbaycan çempionatını, legioner həyatı yaşayan futbolçuların oyunlarını izləyirəm. Düz yolda olduğumuzu düşünürəm. Seçimimiz elə də geniş deyil. Üstəlik zədəli futbolçularımızın da olması işimizi daha da çətinə salır”.
Dragan Stojkovic (Serbiya): “Futbolda sürprizlər olur. Daha az səhv edən komanda qalib gəlir. Bizim öz oyun üslubumuz var. Təmkinlə, səbrlə oynayırıq. Bugünkü oyunda qalib gəlmək bizim üçün vacib idi. Fasilədə futbolçulara sakit olmalarını tapşırdım. Xüsusən, hissənin sonlarında kobud səhv edən qapıçımızı sakitləşdirdim, qalib gələcəyimizi bildirdim. Sevindirici haldır ki, öz oyunumuzu oynayıb lazım olan qələbəni qazandıq”.
Qeyd edək ki, qrupda topladığı xalların sayını 17-ə yüksəldən Serbiya Dünya çempionatına vəsiqə qazanmağı təmin edib, yığma komandamız isə 7 oyundan sonra sadəcə 1 xal qazanaraq qrupu sonuncu pillədə bitirməyi rəsmiləşdirib.