Millimiz DÇ Seçmələri çərçivəsində səfərdə qarşılaşdığı İrlandiya ilə 1:1 hesablı heç-heçə edib.
ONBİR meydan sahibinin baş məşqçisi Stephen Kenny`in qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransındakı fikirlərini təqdim edir:
“2:1 hesabı ilə qalib gəlsəydik, indi fərqli söhbət edirdik. Qələbə qazana bilmədiyimiz üçün özümüzü təpikləyirik. Çoxlu qol epizodları yaratdıq. 3:1 və ya 4:1 hesablı qələbəyə layiq idik”.
Mahmudov cərimə meydançasının kənarından baxımlı qola imza atdı. Onun bu cür zərbələri necə yerinə yetirdiyini daha əvvəl görmüşük. Futbolçunun önünü bağlamalı idik, sadəcə, edə bilmədik. Bu, öldürücü zərbə idi”.
(qol.az)