Şuşa Bəyannaməsi ilə Bakının və Ankaranın dünyaya verdiyi əsas mesajlardan biri 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanlarından yararlanmaq çağırışıdır. Bu mühüm sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş fəaliyyətlərin