Добавить новость


World News in Azerbaijani


Новости сегодня

Новости от TheMoneytizer

Ruhani nüvə danışıqlarında ‘əsas razılaşmanın’ əldə olunduğunu deyir

İran prezidenti Həsən Ruhani deyib ki, onun ölkəsinin üzərindən ağır sanksiyaların qaldırılmasına yol açmalı olan danışıqlarda mümkün razılaşmanın hüdudları məlum olub.


İran hazırda 2015-ci il nüvə sazişinin dirçəldilməsi üçün dünya gücləri ilə danışıqlarda iştirak edir.


Vyanada keçirilən danışıqlarda ABŞ-ı çıxmaqla 2015-ci il sazişini imzalamış tərəflər – Britaniya, Fransa, Rusiya, Çin və Almaniya iştirak edirlər.


ABŞ nümayəndə heyəti də Vyanadadır, lakin Tehran və Vaşinqton aprel ayından bəri vasitəçilərin köməyi ilə dialoq aparırlar.


ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkəsini 2015-ci il sazişindən birtərəfli qaydada çıxardıqdan sonra Tehran üzərinə ABŞ sanksiyaları bərpa olunub.


ABŞ-ın yeni prezidenti Co Bayden ABŞ-ı bu sazişə qaytarmaq istədiyini bildirib. Bununla belə hər iki ölkənin diplomatları hələki üzbəüz danışıqlara hazır olmadıqlarını bildiriblər.




“Xırda məsələlər”


Ruhani mayın 20-də ölkənin Neft Nazirliyində keçirilən bir tədbirdə bəyan edib ki, Avstriya paytaxtında davam edən danışıqlarda “böyük addım” atılıb və “əsas razılaşma əldə olunub”.


O bidlirib ki, bu razılaşma İranın neft, gəmiçilik, sığorta və maliyyə sistemi üzərindəki ağır ABŞ sanksiyalarının qaldırılması ilə nəticələnməlidir.


İran prezidentinin dediyinə görə, diplomatlar “yekun razılaşmanın” əldə olunmasından əvvəl hazırda “xırda məsələləri” müzakirə edirlər.


Mayın 19-da keçirilmiş danışıqlardan sonra İran xarici işlər nazirinin müavini Abbas Araqçi demişdi ki, “sazişin çərçivəsi və strukturu artıq müəyyənləşdirilib və sənədin bir çox maddələri üzərində danışıqlar davam edir”.


Amma Araqçi bunu da demişdi ki, “əsas məsələlər” sonrakı mərhələdə müzakirə olunacaq.




“Əlçatan, təəssüf doğuran olsa da, faciəli olmayan”


Danışıqlara sədrlik edən Avropa İttifaqının səfiri Enrik Mora deyib ki, o “yekun razılaşmanın artıq uzaqda olmadığından xeyli əmindir”.


Başqa Avropa diplomatları da “gələcək razılaşmanın cizgilərinin görünməyə başladığını”, amma “uğura indidən təminat verməyin mümkün olmadığını” deyirlər.


Çinin danışıqlardakı nümayəndəsi Vanq Qun deyib ki, “razılaşma əldə edilməsinə hələ bir qədər məsafə qalır”.


Rusiya diplomatı Mixail Ulyanovsa sazişin “əlçatan” olduğunu bildirib.


Ulyanov deyib ki, danışıqların, iştirakçıların arzuladıqları kimi mayın 21-də başa çatmayacağı aşkardır. O əlavə edib ki, belə bir vəziyyət “təəssüf doğrusa da, faciəli deyil”.


Diplomatlar danışıqların gələn həftə davam etdirilməsi barədə razılığa gəliblər.


Şərhçilər bildirirlər ki, İranda iyunun 18-də keçiriləcək prezident seçkisində mötədil Ruhanını kimin əvəz edəcəyi həm də bu danışıqların nəticəsindən asılı olacaq.

Читайте на сайте


Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. Абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.




Новости от наших партнёров в Вашем городе

Ria.city
Музыкальные новости
Новости России
Экология в России и мире
Спорт в России и мире
Moscow.media










Топ новостей на этот час

Rss.plus