Rio Ferdinand sabiq komanda yoldaşları Ruud van Nistelrooy və Cristiano Ronaldo arasında keçən maraqlı bir hadisəni danışıb. ONBİR Ferdinand`ın BT Sport`a dediyi həmin sözləri təqdim edir: “O dövrdə Manchester United`də qolları Ruud van Nistelrooy vururdu. Məşqlərdən birində Ronaldo cürbəcür keçidlər və hərəkəttlər edirdi. Bir epizodda cərimə meydançası daxilində olan Ruud Ronaldo ona pas verməyəndə əsəbləşdi […]
The post Van Nistelrooy`dan Ronaldo`ya: O, meydançada yox, sirkdə olmalıdır appeared first on ONBİR.
Rio Ferdinand sabiq komanda yoldaşları Ruud van Nistelrooy və Cristiano Ronaldo arasında keçən maraqlı bir hadisəni danışıb.
ONBİR Ferdinand`ın BT Sport`a dediyi həmin sözləri təqdim edir:
“O dövrdə Manchester United`də qolları Ruud van Nistelrooy vururdu. Məşqlərdən birində Ronaldo cürbəcür keçidlər və hərəkəttlər edirdi. Bir epizodda cərimə meydançası daxilində olan Ruud Ronaldo ona pas verməyəndə əsəbləşdi və “O, sirkdə olmalıdır, meydançada deyil” deyərək meydançanı tərk etdi. Ronaldo da buna məyus oldu və “Niyə mənimlə belə danışır” soruşdu.
O dövrdə Ronaldo 18-19 yaşlarında idi. Bəzi uşaqlar belə hadisələrdən sonra özünəinamı itirər və bəziləri isə etdiyi hərəkətləri davam edər. Ronaldo da Ruud`un haqlı ola biləcəyini bilirdi və sonrasında da statistikalar və hədəfləri ilə maraqlandı. Onu dünyanın ən yaxşı oyunçusu edəcək nə varsa onunla maraqlandı”.
The post Van Nistelrooy`dan Ronaldo`ya: O, meydançada yox, sirkdə olmalıdır appeared first on ONBİR.