Manchester United`in sabiq oyunçusu Rio Ferdinand Paul Pogba`nın komandada qalacağını düşünür. ONBİR xəbər verir ki, Ferdinand bu haqda öz “Youtube” kanalında danışıb. Həmin sözləri təqdim edirik: “Paul davamlı və yaxşı futbol oynayanda xoşbəxt insan olur. Pogba`nın xoşbəxt olduğu yer Manchester United olmalıdır. Əgər Premier League`da çempionluq qazanarlarsa, onun komandadan ayrılmasının çətin olacağını düşünürəm. Məncə Pogba […]
The post Ferdinand: Pogba Manchester United`də qalacaq appeared first on ONBİR.
Manchester United`in sabiq oyunçusu Rio Ferdinand Paul Pogba`nın komandada qalacağını düşünür.
ONBİR xəbər verir ki, Ferdinand bu haqda öz “Youtube” kanalında danışıb. Həmin sözləri təqdim edirik:
“Paul davamlı və yaxşı futbol oynayanda xoşbəxt insan olur. Pogba`nın xoşbəxt olduğu yer Manchester United olmalıdır. Əgər Premier League`da çempionluq qazanarlarsa, onun komandadan ayrılmasının çətin olacağını düşünürəm. Məncə Pogba Manchester United`də davam edərək burada bir irs saxlamaq istəyənlərdəndir”.
Qeyd edək ki, cari mövsümə uğursuz başlayıb sonradan performansını yüksəldən Pogba`nın komandadan ayrılacağı iddia olunur. Oyunçunun Juventus`a qayıdacağı və ya Real Madrid`ə keçəcəyi haqda xəbərlər yayılıb.
The post Ferdinand: Pogba Manchester United`də qalacaq appeared first on ONBİR.