Azərbaycan və Ermənistan dövlət təhlükəsizlik xidmətlərinin rəhbərləri Əli Nağıyevlə Armen Abazyan arasında görüş olub.
Bu barədə Ermənistanın dövlət təhlükəsizlik xidmətinin mətbuat mərkəzi məlumat yayıb. Məlumata görə, görüş Ararat bölgəsinin Yerasx kəndi (Sədərək rayonunun Heydərabad qəsəbəsinə yaxın Arazdəyən kəndi-azərb.) yaxınlığındakı neytral zonada baş tutub.
Xəbərə görə, görüş zamanı tərəflər arasında məhbus mübadiləsi və itkin düşənlərin axtarışı ilə bağlı məsələlər müzakirə olunub.
"Bu məsələlərlə bağlı əlaqələr davam edir" deyə açıqlamada bildirilir.