Fenerbahçe azarkeşləri Mesut Özil`i gözləyərkən Arsenal`ın baş məşqçisi Mikel Arteta`dan gözlənilməz açıqlama gəlib. Türkəsilli alman oyunçunu heyətdən çıxaran gənc mütəxəssis edilən təkliflər kluba faydalı olmazsa, ayrılığa icazə verməyəcəyini söyləyib. ONBİR ispan çalışdırıcının həmin fikirlərini təqdim edir: “Əgər vəziyyət bizim lehimizə olarsa onda bu keçidə razı olub Mesut`u göndərəcəyik. Amma bizim əleyhimizə hadisələr baş verərsə, onda […]
The post Arteta`dan gözlənilməz həmlə, Özil`in getməsinə icazə vermir appeared first on ONBİR.
Fenerbahçe azarkeşləri Mesut Özil`i gözləyərkən Arsenal`ın baş məşqçisi Mikel Arteta`dan gözlənilməz açıqlama gəlib.
Türkəsilli alman oyunçunu heyətdən çıxaran gənc mütəxəssis edilən təkliflər kluba faydalı olmazsa, ayrılığa icazə verməyəcəyini söyləyib.
ONBİR ispan çalışdırıcının həmin fikirlərini təqdim edir:
“Əgər vəziyyət bizim lehimizə olarsa onda bu keçidə razı olub Mesut`u göndərəcəyik. Amma bizim əleyhimizə hadisələr baş verərsə, onda Özil`in getməsinə icazə verməyəcəyik.
Mesut Özil ötən mövsümlərdə klubun önəmli oyunçularından biri idi. Mövsüm başında bir qərar verməyimiz lazım idi. Mən də bu qərarı verdim. Verdiyim qərarın nəticələrini bilirdim və bu ayda da yeni bir qərar verəcəyəm. Yenə də klub üçün ən yaxşı olanı seçəcəyəm. Nə olacağına bir neçə gün içində qərar verəcəyik”.
The post Arteta`dan gözlənilməz həmlə, Özil`in getməsinə icazə vermir appeared first on ONBİR.