Мы в Telegram
Добавить новость

Судебные приставы Подмосковья приняли участие в субботнике

В Волоколамске прошло спортивное мероприятие

Аэропорт Домодедово готов к работе в условиях большого пассажиропотока на майских праздниках

Новый метод нейрореабилитации начали применять для бойцов СВО в Подмосковье



World News in Azerbaijani


Новости сегодня

Новости от TheMoneytizer

İham Əliyev: 'Kimsə bunu ortalığa atıb. Mən təxminən bilirəm kim...'

İham Əliyev: 'Kimsə bunu ortalığa atıb. Mən təxminən bilirəm kim...'

„Heç kim bizi bizə sərf etməyən sülh müqaviləsi variantına məcbur edə bilmədi. Halbuki bir neçə dəfə belə cəhdlər oldu. Bir neçə dəfə, hətta müəyyən saxtakarlıq edərək sənədlərin tərtibatında guya səhvlər olub deyə bizi hansısa varianta təhrik etməyə, sövq etməyə çalışırdılar. Amma keçmədi...“

Bu sözləri 2020-ci ilin son günü xalqa müraciətində Azərbaycan prezidenti İlham Əliyev deyib.

"Deyirdim ki, Azərbaycan heç vaxt imkan verməyəcək ki..."

İlham Əliyev 44 günlük hərbi əməliyytlara toxunaraq deyib ki, 30 ilə yaxın müddət ərzində Minsk qrupu çərçivəsində danışıqların getdiyini və bu danışıqların heç bir nəticə vermədiyini deyib. Prezidentin sözlərinə görə, faktiki olaraq, Ermənistan bu danışıqlarda, sadəcə olaraq, vaxt uzatmaq istəyirdi, danışıqların imitasiyası prosesi gedirdi.

„...Mən isə hər zaman deyirdim, son 17 il ərzində demək olar, bütün beynəlxalq tədbirlərdəki çıxışlarımda deyirdim ki, bu məsələnin həlli bizim üçün prioritetdir. Deyirdim ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Deyirdim ki, Azərbaycan heç vaxt imkan verməyəcək ki, tarixi, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Deyirdim ki, biz heç vaxt qondarma “Dağlıq Qarabağ respublikası”na müstəqillik verməyəcəyik. Heç vaxt orada hər hansı bir səsvermə keçirilməyəcəkdir. Bütün bunları mən deyirdim və bu mövqe getdikcə daha da möhkəmlənirdi.“

"Mən isə bunu hələ 10 il bundan əvvəl proqnozlaşdırırdım..."

İlham Əliyev birinci Qarabağ müharibəsi dövründə nizami ordunun yaradılmaması və iqtisadi gücün zəifliyi səbəbindən torpaqların işğalının qaçılmaz olduğunu deyib.

„...cəsarətli, qəhrəman övladlarımız, sadəcə olaraq, qəhrəman kimi vuruşaraq şəhid olurdular, torpaqlarımız əldən gedirdi. Gücümüz yox idi. Ona görə güc amili ön plana çıxdı. Bu gün artıq dəyişən dünyada güc amili demək olar ki, rəsmi qaydada ön plana çıxıbdır. Mən isə bunu hələ 10 il bundan əvvəl proqnozlaşdırırdım, ona görə güc toplamaq üçün bütün imkanlar səfərbər edildi. Güc isə iqtisadiyyatdır. İqtisadiyyat güclü olmasa hərbi gücdən, siyasi gücdən söhbət gedə bilməz. Biz iqtisadi müstəqillik yaratmalı idik və yaratdıq".

"Ona görə də təzyiqlərə məruz qalırdım..."

İlham Əliyev artıq Azərbaycan iqtisadi cəhətdən tam müstəqil ölkə olduğunu, heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı olmadığını deyib. 

„Biz bu illər ərzində böyük, nəhəng layihələri icra etdik. Bu layihələr bizə imkan verdi ki, biz iqtisadi inkişaf baxımından dünyada qabaqcıl yerlərdəyik. İqtisadi inkişafın templərinə görə son 17 il ərzində Azərbaycan dünya miqyasında birinci yerdədir. ...Mən bir dəfə demişəm, bir daha demək istəyirəm ki, hətta Bakı-Ceyhan neft kəmərinin çəkilişi ilə bağlı bizə qarşı əsassız ittihamlar irəli sürülürdü. Sanki biz təbiəti burada çirkləndiririk, ekoloji tarazlığa ziyan vururuq. Nə üçün? Çünki bu layihəni dayandırmaq, yaxud da ki, bu layihəni Ermənistan ərazisindən həyata keçirmək üçün. O təqdirdə bizim əl-qolumuz bağlı olacaqdı, bizim bütün neft və ondan sonra qaz ixracımız Ermənistanın əlində olacaqdı. Mən buna razı ola bilərdim? Əlbəttə ki, yox! Ona görə də təzyiqlərə məruz qalırdım. Bəzi ölkələrin istəklərini yerə vururdum. Çünki bu istəklər bizim milli maraqlarımıza zidd idi və 44 gün davam edən müharibə göstərdi kim kimdir, kim kimin dostudur. ...“

"Həmişə demişəm, sözüm imzam qədər qüvvətlidir“

İlham Əliyev bu yolda Qoşulmama Hərəkatına üzv olmanı, İslam Əməkdaşlıq Təşkilatı və qonşu ölkələrlə sıx münasibətlər quruldğunu vurğulayaraq bu siyasətin doğru olduğunu deyib.

„... Hər zaman öz siyasətimizi açıq aparmışıq. Heç bir ölkəyə qarşı heç bir avantürada yer almamışıq. Demişdim ki, Azərbaycan ərazisindən heç bir ölkəyə qarşı, o cümlədən, ilk növbədə, qonşulara qarşı heç bir təxribat xarakterli addım, təşəbbüs olmayacaq. Beləliklə, dünyada, regionda, qonşular arasında hörmət qazanmışıq və ölkəmizi gücləndirmişik. Bizimlə hesablaşmağa başlamışlar. Bizim sözümüzə inanırdılar və inanırlar. Həmişə demişəm, sözüm imzam qədər qüvvətlidir“.

"Hər il mən bunlara deyirdim ki..."

İlham Əliyev Ermənistanın təqdim etdiyi saxta tarixin də darmadağın edildiyini vurğulayıb.

„...beynəlxalq tədbirlərdə dünya ictimaiyyətinə Kürəkçay sülh müqaviləsi haqqında kifayət qədər dolğun məlumat vermişik. Hər kəs gördü ki, erməni xalqı Qarabağ bölgəsində, sadəcə olaraq, son 200 il ərzində yaşayır, oraya köçürülüblər. Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmışıq və çatdırırıq. Xocalı haqqında son 17 ilə qədər kimsə danışırdı? Sanki belə bir cinayət olmayıb. Sanki bu soyqırımı olmayıb. Çünki Ermənistan bunu ört-basdır etməyə çalışırdı. Müharibə haqqında həqiqətləri, dağıdılmış şəhərlər, kəndlər haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdıq. Halbuki bizim o kəndlərə, şəhərlərə getmək imkanımız yox idi. Heç bir beynəlxalq təşkilat oraya getmirdi. UNESCO, hansı ki, bu gün bizə irad tutmağa çalışır, guya biz erməni dini abidələrini burada qoruya bilməyəcəyik. Halbuki bu, yalandır. Azərbaycanda bütün dinlərin abidələri qorunur. Bir dəfə gedib o torpaqlara? Bir dəfə Şuşa məscidində olub? Zəngilanda dağıdılmış məsciddə olub? Ağdam məscidində olub? Orada ermənilər donuz, inək saxlayırdılar. İndi bizə irad tuturlar. Ermənistan oralara heç kimi buraxmırdı, heç kimi. Hətta Minsk qrupuna sədrlik edən ölkələrin səfirlərini buraxmırdı. Biz güc-bəla ilə iki dəfə nail olduq ki, Minsk qrupu işğal edilmiş torpaqlara faktaraşdırıcı missiya göndərsin. Sonuncu missiya on il bundan əvvəl getmişdi. Hər il mən bunlara deyirdim ki, niyə getmirsiniz? Gedin, oraya baxın, qanunsuz məskunlaşma gedir. Bizim bütün şəhərlərimiz, kəndlərimiz dağıdılır. Kəndlərimizin, şəhərlərimizin adları dəyişdirilir, tarixi abidələrimiz dağıdılır, yaxud da ki, erməniləşdirilir. Getmirdilər ki, Ermənistan buraxmır...”

"Deyiblər ki, bax, bunu deməlisən İlham Əliyevə..."

İlham Əliyev münaqişənin hərbi həlli olmamaması ilə bağlı səslənən fikirlərə də münasibət bildirib.

“Kimsə bunu ortalığa atıb. Mən təxminən bilirəm kim. Bütün başqa təşkilatlar, bu işə aidiyyəti olan - olmayan, bölgə məsələləri ilə məşğul olan – olmayan, hamı elə bir ağızdan deyirdi ki, münaqişənin hərbi həlli yoxdur.

Mən son illər ərzində bir çox ölkələrdə rəsmi səfərlərdə olmuşam - əlbəttə ki, həm bölgə ölkələrində və başqa ölkələrdə. Bütün bu səfərlər işıqlandırılıb. Bir çox hallarda heç bölgə ilə, bizim regionumuzla əlaqəsi olmayan hansısa həmkarım deyirdi ki, münaqişənin hərbi həlli yoxdur. Sən haradan bilirsən? Deyiblər ki, bax, bunu deməlisən İlham Əliyevə, müxtəlif dairələr deyiblər. Dünya idarəetməsində fəal rol oynayan ölkələr, dairələr bunu deyirdilər, belə demək lazımdır ki, bizi bu yoldan çəkindirsinlər, heç vaxt bu olmasın. Status-kvo əbədi qalsın, dəyişdirilməsin. Halbuki, bəzən də deyirdilər ki, status-kvo qəbuledilməzdir. Amma sonra bundan da, necə deyərlər, vaz keçdilər. Başladılar deməyə ki, status-kvo dayanıqlı deyil. Deməli, qəbulediləndir. Amma bizim üçün qəbuledilən deyildi“.

"Mən dərinə getmək istəmirəm. Biz ümid edirdik ki..."

İlham Əliyev 2018-ci ildə Ermənistanda hakimiyyyət dəyişikliyi və ona olan gözləntilərə də toxunub.

„...indi bəziləri buna inqilab deyir, bəziləri çevriliş deyir, özləri bilərlər, - dəyişiklik baş verdi, ümidlər oyandı və bu ümidlər əsassız deyildi. Mən dərinə getmək istəmirəm. Biz ümid edirdik ki, yeni rəhbərlik keçmiş səhvlərdən təmizlənəcək və bu məsələ öz həllini tapacaq. Amma bu da baş vermədi. Demək olar ki, bir ildən sonra bizə qarşı qəbuledilməz addımlar atıldı, bizi faktiki olaraq aldatdılar, öz daxili problemlərini həll etmək, daxili müxalifəti əzmək, həbs etmək üçün vaxt uddular. Ondan sonra nə oldu, Azərbaycan xalqı yaxşı bilir...“

Prezident ilsonu xalqa müraciətində 44 gün ərzində Azərbaycan Ordusu Ermənistan ordusunu darmadağın etdiyini deyib.

"...qəhrəman övladlarımızın qəhrəmanlığına, rəşadətinə söykənərək biz mümkün olmayanı etdik..."

„Bizim qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın gücünü göstərdi. Düzgün planlaşdırılmış və həyata keçirilmiş əməliyyatlar sayəsində, texniki imkanlardan istifadə edərək, qəhrəman övladlarımızın qəhrəmanlığına, rəşadətinə söykənərək biz mümkün olmayanı etdik, düşməni məhv etdik, düşmən ağ bayraq qaldırdı, düşmən diz çökdü. Üç yüzdən çox şəhər və kəndlərimizi işğaldan azad edəndən sonra, qədim Azərbaycan şəhəri, hamımız üçün doğma olan Şuşanı və ardınca bir çox kəndləri azad edəndən sonra düşmən tam təslim oldu, kapitulyasiya aktına imza atdı və işğalda olan digər torpaqlardan geri çəkilməyə məcbur oldu.“

"Bunu bütün dünya gördü, bu, dünyanın gözü qarşısında baş verdi..."

İlham Əliyev artıq müharibənin arxada qaldığını deyib.

„Azərbaycan Ermənistanı məğlub etdi. Bunu bütün dünya gördü, bu, dünyanın gözü qarşısında baş verdi. Heç kimi bizi dayandıra bilmədi. Demişdim ki, sona qədər gedəcəyik, tarix versinlər bizə, tarix versinlər ki, işğalçı Ermənistan dövləti bizim torpaqlarımızdan nə vaxt çıxacaq. Tarix veriləndən sonra biz hərbi əməliyyatlarımızı dayandırdıq"

Həmrəyliyi Gününü münasibəti ilə prezident dünya azərbaycanlılarını təbrik edib.

"...siz fəxr etməlisiniz və fəxr edə bilərsiniz ki, qəhrəman Azərbaycan xalqının övladlarısınız. Bu gün hər bir azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı və xaricdə yaşayan soydaşlarımız haqlı olaraq fəxr edə bilərlər ki, biz müzəffər xalqın övladlarıyıq, nümayəndələriyik".

Читайте на 123ru.net


Новости 24/7 DirectAdvert - доход для вашего сайта



Частные объявления в Вашем городе, в Вашем регионе и в России



Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.




Новости от наших партнёров в Вашем городе

Ria.city

МИД России: приднестровское урегулирование невозможно без пересмотра Кишинёвом своей линии

РФ в 2023 году заняла почти треть мирового рынка урана

ТАСС: сапёры обезвредили десятки тысяч боеприпасов в Авдеевке

Пешеходные дорожки обновят по ФКГС в сквере Иконникова в Сормове

Музыкальные новости

«Поборол это гнусное чувство». Актер Галкин — о своей маленькой дочке, зависти и настоящей любви

Сергей Трофимов выступит с летним концертом в Зеленом Театре ВДНХ

Улан-Удэнский ЛВРЗ подвел производственные итоги первого квартала 2024 года

Тема дня: На «Госуслугах» можно будет получить статус многодетной семьи с 2025 года

Новости России

В Москве задержали 10 нелегалов среди сотрудников аэропорта Шереметьево

МИД России: приднестровское урегулирование невозможно без пересмотра Кишинёвом своей линии

ТАСС: сапёры обезвредили десятки тысяч боеприпасов в Авдеевке

Спецпроект «Четвероногий друг» стартовал в Москве в рамках фестиваля «Пасхальный дар»

Экология в России и мире

За какими шедеврами едут в деревню Ковалёво Нижегородской области

Туроператор Пегас сделал важное заявление по летним турам

Весенние субботники прошли на предприятиях «Московского» филиала ООО «ЛокоТех-Сервис»

Компания ICDMC стала победителем престижной премии в сфере ЗОЖ – Green Awards 2023/24

Спорт в России и мире

Самсонова победила Осаку и вышла в третий круг турнира WTA 1000 в Мадриде

Азаренко не смогла пробиться в 1/8 финала турнира в Мадриде, уступив Соррибес-Тормо

Мирра Андреева установила новый рекорд на турнирах WTA-1000

Мирра Андреева замыкает год // 16-летняя российская теннисистка успешно стартовала на крупном турнире WTA в Мадриде

Moscow.media

Сотрудники спецподразделений столичного главка Росгвардии окончили обучение в Центре профподготовки в Подмосковье

ТСД SAOTRON RT-T50: высокопроизводительный терминал сбора данных промышленного класса

Каршеринг BelkaCar и картографический сервис 2ГИС запустили серию совместных маршрутов

Мост в Лыткарино готовят к укладке асфальта











Топ новостей на этот час

Rss.plus






Актер Бурак Озчивит приехал в Москву на съемки

Представители руководства Росгвардии проверили готовность парадного расчета на ночной репетиции Парада Победы

Куда отправиться на майские: топ-6 направлений для россиян без загранника и визы

Спецпроект «Четвероногий друг» стартовал в Москве в рамках фестиваля «Пасхальный дар»