Vətən Müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də böyük qəhrəmanlıq və şücaət göstəriblər. Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanıb. Onlardan 42 həkim, 37 feldşer və 26 sanitar şəhidlik zirvəsinə ucalıb. Yaralıların müalicəsi və tibbi təminatı müharibənin ilk günlərindən Prezident, Silahı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsən nəzarəti altındadır. Dövlətimizin başçısı çıxışlarının birində yaralıların sağlamlığının bərpası ilə əlaqədar tibbi reabilitasiya mərkəzlərinin açılmasına dair göstəriş verib.