Inter`in yarımmüdafiəçisi Christian Eriksen klubdan ayrılmağa yaxındır. ONBİR Calciomercato.com`a istinadən xəbər verir ki, “Nerazzuri”lərin baş məşqçisi Antonio Conte danimarkalı futbolçunun komandaya uyğunlaşa bilməməsindən narahatdır. Mütəxəssisin fikrincə Christian kifayət qədər tənbəldir və komanda topsuz qaldığı vaxtlarda lazım olduğu qədər işləmir. Klub rəhbərliyinin Conte`nin baxış açısı ilə razı olduğu və 28 yaşlı futbolçu ilə bağlı gələcək təklifləri […]
The post Eriksen tənbəlliyinə görə Inter`i tərk edə bilər appeared first on ONBİR.
Inter`in yarımmüdafiəçisi Christian Eriksen klubdan ayrılmağa yaxındır.
ONBİR Calciomercato.com`a istinadən xəbər verir ki, “Nerazzuri”lərin baş məşqçisi Antonio Conte danimarkalı futbolçunun komandaya uyğunlaşa bilməməsindən narahatdır. Mütəxəssisin fikrincə Christian kifayət qədər tənbəldir və komanda topsuz qaldığı vaxtlarda lazım olduğu qədər işləmir.
Klub rəhbərliyinin Conte`nin baxış açısı ilə razı olduğu və 28 yaşlı futbolçu ilə bağlı gələcək təklifləri nəzərdən keçirməyə hazır olduğu bildirilir. Hələlik heç bir klub bu transferlə bağlı Inter`ə müraciət etməyib.
Hazırda Conte`nin yarımmüdafiədə görmək istədiyi futbolçu Chelsea`dən N`golo Kante`dir. Bu transferi reallaşdırmaq üçün milanlılar Eriksen və Brozovic`lə yollarını ayırmağa hazırdırlar.
Qeyd edək ki, Eriksen Inter`ə bu ilin yanvar ayında Tottenham`dən 20 milyon avro qarşılığında transfer olunmuşdu. Onun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
The post Eriksen tənbəlliyinə görə Inter`i tərk edə bilər appeared first on ONBİR.