2020-ci ilin iyul ayı yaddaşımızda ermənilərin növbəti təxribatı ilə qalıb. Təəssüf ki, təxribat itkisiz olmayıb. Reallıqdır ki, müharibə itkisiz olmur. Əlbəttə, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq. İyul ayında baş vermiş silahlı toqquşmalar onu göstərdi ki, Azərbaycan xalqı ilə Azərbaycan Ordusu arasında yeganə fərq hərbçilərimizin hərbi geyim formasında olmasıdır. Həmin vaxt minlərlə azərbaycanlının könüllü şəkildə orduya yazılması bunu əminliklə deməyə imkan verir.