Qarabağ`ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Sileks`ə qalib gəldikləri oyundan (4:0) sonra keçirilən mətbuat konfransında açıqlamalar verib. ONBİR təcrübəli mütəxəssisin müsahibəsini təqdim edir: “Çox vacib qələbə qazandıq. Uzun müddətdən sonra rəsmi bir oyunda qalib gəlmək xoşdur. Təəssüf ki, bu gün azarkeşlərimiz meydanda yox idilər. Azarkeş amilinin futbolda nə demək olduğunu tam hiss etdik. […]
The post “Azarkeş amilinin necə önəmli olduğunu tam hiss etdik” appeared first on ONBİR.
Qarabağ`ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Sileks`ə qalib gəldikləri oyundan (4:0) sonra keçirilən mətbuat konfransında açıqlamalar verib.
ONBİR təcrübəli mütəxəssisin müsahibəsini təqdim edir:
“Çox vacib qələbə qazandıq. Uzun müddətdən sonra rəsmi bir oyunda qalib gəlmək xoşdur. Təəssüf ki, bu gün azarkeşlərimiz meydanda yox idilər. Azarkeş amilinin futbolda nə demək olduğunu tam hiss etdik.
Bu gün futbolçulardan ideal oyun gözləyə bilmərik. Amma lazımi anlarda tempi artırırdıq. Sürətdən daha çox topla daha səliqəli oynamalı idilər. Onlardan bunu tələb etmişdim, edəcəyəm də. Amma bu qədər fasilədən sonra futbolçuların ən yaxşı oyununu göstərməsi mümkün deyil. Bu gün çox əziyyət çəkdilər. Hazırlaşdığımız hücumlar pis alınmadı, standart vəziyyətdən də pis oynamadıq.
UEFA bildirdi ki, ilk oyunu burada oynamalısınız. Əgər icazə versələr, növbəti görüşü “Azersun Arena”da keçirə bilərik. Bəlkə 10-15 gündən sonra meydança düzəldi. Amma yenə də müraciətimizi etmişik”.
The post “Azarkeş amilinin necə önəmli olduğunu tam hiss etdik” appeared first on ONBİR.