Добавить новость
World News in Azerbaijani


Новости сегодня

Новости от TheMoneytizer

Litva prezidenti Lukashenka-nı legitim saymır

Litva prezidenti bəyan edib ki, qonşu Belarusda hakimiyyətini qoruyub saxlamağa çalışan Alyaksandr Lukashenka-nı artıq ölkəsinin legitim lideri saymır.


Britaniyanın Sky News telekanalına müsahibəsində Gitanas Nauseda deyib ki, Lukashenka-nın öz opponentləri ilə dərhal dialoqa başlaması üçün vaxt tükənməkdədir.


Digər iki Baltikyanı ölkə - Latviya və Estoniyanın, habelə Polşanın prezidentləri ilə birlikdə özünün vasitəçiliyini təklif edən Gitanas Nauseda bildirib ki, Belarusda azad seçki keçirilənədək bu ölkə ilə heç bir normal münasibət ola bilməz.


Litva prezidenti Avropa İttifaqının bütün ölkələrinə xəbərdarlıq edib ki, əgər Belarusdakı böhrana heç bir tədbir görülməsə, bu ölkə böyük bir ehtimalla Rusiyanın vassalına çevriləcək:


"Düşünürəm ki, biz daha cənab Lukashenka-nı legitim saya bilmərik, çünki Belarusdakı seçki azad və demokratik olmayıb”.


Gitanas Nauseda əlavə edib ki, “Belarusla normal münasibətlərin bərpası üçün indi ilkin şərt yalnız normal seçki keçirilməsi və bu seçkidən mənqtiqi nəticənin alınması ola bilər”.


Litva prezidenti Belarus etirazçıları ilə həmrəyliyini bildirən və seçki nəticəsinə etiraz edən ilk liderlərdən biridir.


Bu arada Belarusdakı qarşıdurmada iki etirazçının öldüyü barədə xəbər alınıb.


Svyatlana Tsikhanouskaya Litvadadır


Bu da xatırladılmalıdır ki, müxalifətin prezidentliyə namizədi Svyatlana Tsikhanouskaya avqustun 10-da MSK-ya getdikdən sonra yoxa çıxmışdı.


O MSK-ya seçki nəticələrini tanımadığını bildirmək üçün getmişdi, amma avqustun 11-də onun qonşu Litvada olması barədə xəbər yayıldı.


Müşahidəçilər Tsikhanouskayanın hakimiyyət tərəfindən ölkədən çıxarıldığını bildirirlər.


O Litvaya getdikdən sonra rəsmi telekanallar müxalifət namizədinin etirazçıları küçəyə çıxmamağa və polislə toqquşmalardan çəkinməyə çağıran müraciətini yayıblar.


Müxalifət bu videomüraciətin təzyiq altında yazıldığını bildirir.


Tsikhanouskayanın əri və onun komandasının bəzi üzvləri həbsxanadadırlar.


Bu səbəbdən bir çoxları onun çox da tezliklə yeni bəyanat verəcəyini gözləmirlər.




 


Avropa İttifaqı Belarusu avqustun 14-də müzakirə edəcək


Avropa İttifaqının xarici işlər nazirləri Belarusda baş verənləri avqustun 14-də müzakirə edəcəklər.


Avropa İttifaqı xarici işlər komissarı Josep Borrell bu barədə Twitter-də yazıb:


"Biz təcili məsələləri müzakirə edəcək, Şərqi Aralıq dənizi hövzəsində, Belarusda və Livandakı vəziyyətlə bağlı qərarlar qəbul edəcəyik”.


Bundan əvvəlki bəyanatında Borrell yazmışdı ki, Belarusda seçki “nə ədalətli, nə də azad olub”.


"Avropa İttifaqı Belarus rəhbərliyini geniş cəmiyyətlə əsl dialoqa başlanmasına, sərbəst toplaşma, media və ifadə azadlıqlarına qarşı qeyri-məqbul zorakılıq və hücumları dayandırmağa çağırır. Biz Belarusla münasibətlərimizi diqqətlə nəzərdən keçirəcəyik”.


Belarusun özündə isə 9 avqust seçkisinin nəticəsinə etirazlar beşenci gündür ki davam edir:


 




 

Читайте на сайте


Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. Абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.




Новости от наших партнёров в Вашем городе

Ria.city
Музыкальные новости
Новости России
Экология в России и мире
Спорт в России и мире
Moscow.media










Топ новостей на этот час

Rss.plus