Tələbələr xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycanın ali məktəblərinə köçürülərkən müəyyən göstəricilər nəzərə alınır.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, köçürülən tələbənin təhsil aldığı ali məktəb dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer almalıdır. Tələbə xarici ölkədə ali təhsil müəssisəsində əyani oxumalıdır