Türkiyənin Çanaqqala vilayətinin Gelibolu rayonunda yerləşən meşəlik ərazidə yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, yerli vaxtla təxminən saat 15:00-da başlayan yanğının böyüməsi ilə əraziyə 2 amfibiya təyyarəsi, 20 helikopter, 20-ə yaxın yanğınsöndürən maşın və 400-ə yaxın mütəxəssis cəlb olunub