Barcelona İspaniya La Liga`sının 34`cu turunda Villarreal`ı səfərdə 4-1 hesabı ilə məğlub edib. “Blaugrana”nın 4`cü qoluna gənc futbolçu Ansu Fati imza atıb. ONBİR Sports.ru`ya istinadən məlumat verir ki, vurulan bu top Barcelona tarixinin 9000`ci qolu oldu.
Digər qollara Pau Torres (avtoqol), Luis Suarez və Antoine Grizmann imza atıb. 17 yaşlı hücumçu Ansu Fati Barcelona ilə qollarını sıralamağa davam edir. Bu mövsüm 29 oyunda iştirak edən ispan vinqer 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu qələbə ilə xal hesabını 73`ə çıxaran Barcelona lider Real Madrid`dən 4 xal geri qalır.