Barcelona`nın sabiq oyunçusu Christophe Dugarry komandaya uyğunlaşa bilməyən Antoine Griezmann`a kapitan Lionel Messi`dən qorxmamağı tövsiyə edib.
ONBIR RMC radiosuna verilən müsahibəni təqdim edir:
“Griezmann kimdən qorxur? 1 metr 50 sm boyunda, ya da yarım autizmi olan bir uşaqdan? Antoine kişi olduğunu göstərməlidir. Bir problem varsa, Messi`nin üzünə yumruqla vurmalıdır. Sözün düzü, bu il onunla Messi arasında problemlərin olduğu ildir”.
Qeyd edək ki, Lionel Messi və Antoine Griezmann arasında anlaşılmazlıqların olduğu haqda iddialar yayılıb.