Qarabağ köhnə futbolçusunu azad agent statusunda heyətinə qatıb. ONBİR Wilde-Donald Guerrier`in Instagram postuna istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi gələn mövsüm ağdamlıların şərəfini qoruyacaq. Haitili oyunçu Qarabağ`ın formasını ilk dəfə 2017-2019`cu illər arası geyib. Sonuncu mövsümdə Neftçi`nin şərəfini qoruyan Guerrier müqaviləsi bitəndən sonra klubdan ayrılmışdı. Son mövsümdə “Flaqman”ın heyətində 14 oyunda forma geyən Guerrier […]
Qarabağ köhnə futbolçusunu azad agent statusunda heyətinə qatıb. ONBİR Wilde-Donald Guerrier`in Instagram postuna istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi gələn mövsüm ağdamlıların şərəfini qoruyacaq.
Haitili oyunçu Qarabağ`ın formasını ilk dəfə 2017-2019`cu illər arası geyib. Sonuncu mövsümdə Neftçi`nin şərəfini qoruyan Guerrier müqaviləsi bitəndən sonra klubdan ayrılmışdı.
Son mövsümdə “Flaqman”ın heyətində 14 oyunda forma geyən Guerrier 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Əsasən müdafiənin sol cinahında çıxış edən haitili oyunçu yarımmüdafiənin cinahlarında da oynaya bilir.