Manchester City`nin və Portuqaliya milli komandasının ulduz futbolçusu Bernardo Silva Cristiano Ronaldo haqqında maraqlı ifadələr işlədib. 25 yaşlı ulduz bu barədə 606 Savage Social Podcast`a müsahibəsində danışıb.
“Öz uşaqlarıma və gələcəkdəki nəvələrimə Ronaldo ilə birgə çıxış etdiyimi demək mənə qürur verəcək, bundan əminəm. Həm də onlara Ronaldo`nun vurduğu qolların bir neçəsində ötürmənin sahibi özüm olmuşam deyəndə mənimlə fəxr edəcəklərini düşünürəm. Cristiano həm meydanda, həm də meydandan kənarda tam bir örnək insan modelidir. O, çox çalışqan insandır yaşıl meydançalardan kənarda isə çox gülərüz və alicənabdır. Onunla birgə çıxış etmək mənə qürur verir.”