Brescia`nın yarımmüdafiəçisi Sandro Tonali`nin transfer olunmaq istədiyi klub bəlli olub. ONBİR Sky Sports`un jurnalisti Fabrizio Romani`nin rəsmi Twitter hesabına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu Inter`ə keçmək niyyətindədir və artıq iki klub arasında danışıqlara start verilib.
Qeyd edək ki, bir neçə gün öncə 20 yaşlı futbolçu ilə bir sıra top klubun maraqlandığını Brescia`nın prezidenti Massimo Cellino öz müsahibəsində təsdiq etmiş və danışıqlara açıq olduğunu bildirmişdi.
Serie A`nın cari mövsümündə Tonali 23 oyunda 1 qol və 5 həlledici ötürmə ilə yadda qalıb.