Добавить новость
World News in Azerbaijani


Новости сегодня

Новости от TheMoneytizer

Lavrov və Shoigu Putinin ‘yeni hökumətində’ də qalırlar

Rusiya prezidenti Vladimir Putin yeni hökumət kabinetinin əsas nazirlərini təyin edib.


Bu təyinatlardan məlum olur ki, iki əsas nazir – xarici işlər və müdafiə nazirləri Sergei Lavrov və Sergei Shoigu öz postlarında qalırlar.


Bu iki nazirin yeni baş nazir Mikhail Mishustin-in hökumətində təmsil olunacaqları barədə məlumat yanvarın 21-də Kremlin internet saytında dərc olunub.


Maliyyə naziri Anton Siluanov, enerji naziri Aleksandr Novak və kənd təsərrüfatı naziri Dmitry Patrushev də öz postlarında qalacaqlar.


Amma yeni hökumətdə yeni similar da var. Perm vilayətinin qubernatoru Maksim Reshetnikov iqtisadiyyat naziri postunda Maksim Oreshkin-i əvəzləyəcək.




 


Putinin iqtisadiyyat üzrə müşaviri Andrei Belousov baş nazirin birinci müavini olacaq. Bundan əvvəl bu vəzifəni Siluanov tuturdu.


Dmitry Grigorenko baş nazirin müavinlərindən biri, habelə hökumət administrasiyasının başçısı olacaq.


Putin yanvarın 15-də dövlətin vəziyyəti barədə illik çıxışında uzaqgedən konstitusiya islahatları təklif etmişdi.


Tənqidçilər bildirirlər ki, bu təkliflərdən 67 yaşlı keçmiş DTK zabiti Putinin məqsədi öz hakimiyyətini 2024-cü ildən sonra da saxlamaqdır.


Putin özünün illik nitqindən dərhal sonra və gözlənilmədən Dmitry Medvedevi baş nazir vəzifəsindən azad etmiş, onun yerinə Rusiya vergi xidmətinin az tanınan rəsmisi Mishustin-i təyin etmişdi.


Rusiya parlamentinin aşağı palatası - Dövlət Duması Putinin Konstitusiyaya dəyişikliklər barədə təkliflərini yanvarın 21-də qəbul edib.


Dumada qanun layihəsinin ilk oxunuşu yanvarın 23-də olacaq.

Читайте на сайте


Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. Абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.




Новости от наших партнёров в Вашем городе

Ria.city
Музыкальные новости
Новости России
Экология в России и мире
Спорт в России и мире
Moscow.media










Топ новостей на этот час

Rss.plus