ONBİR Goal saytına istinadən PSG-nin yeni transferi olan Herrera`nın müsahibəsini sizlərə təqdim edir:
“Neymar`la birgə oynadığım üçüm çox şadam. O, hal-hazırda bizimlədir və onun fantastik futbolçu olduğunu vurğulamaq istərdim. Qarşıdakı illərdə onun Balon D’Or qazanacağına inanıram. Ümid edirəm Neymar bütün mövsümü bu səviyyədə çıxış edəcək. Neymar hələ daha yaxşılarını edəcək, çünki bu onun son aylarda baş verən uğursuz zədələrdən sonra 2-ci oyunudur. Neymar kimi futbolçular çətin matçlarda oyunu öz üzərinə götürə bilirlər.”