Gürcüstan hökuməti ölkənin 2030-cu ilədək yeni inkişaf strategiyasını təsdiq edib. “Gürcüstanın İnkişaf Strategiyası - 2030” adlı sənəd Baş nazir İrakli Qaribaşvilinin təşəbbüsü ilə hökumət tərəfindən hazırlanıb. AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın hökuməti aparatının rəhbəri Revaz Cavaladze məlumat verib
Çinin Siçuan vilayətində sentyabrın 5-də baş verən 6,8 bal gücündə zəlzələdə ölənlərin sayı 46-ya çatıb. AZƏRTAC xəbər verir ki, Siçuan vilayətinin Qanzi Tibet muxtar prefekturasında baş verən təbii fəlakətdən sonra 16 nəfər itkin düşmüş hesab olunur, 50-dən çox sakin müxtəlif dərəcədə bədən xəsarəti alıb
Qax rayonunun meyvə bağlarında məhsul yığımı davam edir. İndiyədək bağlardan 7 min 465 ton məhsul tədarük olunub. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Statistika İdarəsindən məlumat verilib
Cari ildə İtaliyanın xalis enerji idxalının dəyərinin iki dəfə artaraq 100 milyard avroya çatacağı gözlənilir. AZƏRTAC xəbər verir ki, 2021-ci ilin sonunda başlayan enerji böhranı səbəbindən bu qış fəslində 9 milyon italiyalının enerji yoxsulluğu riski ilə üzləşəcəyi bildirilib
Ötən qış başladığımız təbii qaz istehlakına dəstək proqramını bu il də davam etdirəcəyik. Ev sahibi və ya kirayəçisindən asılı olmayaraq bu dəstəkdən yararlanmaq istəyən bütün vətəndaşlar 5 sentyabr tarixindən etibarən elektron hökumət vasitəsilə müraciət edə bilərlər
Bu il Yunanıstanın Saloniki şəhərində keçirilən Beynəlxalq Multilinqvizm Festivalında Azərbaycan stendi də təqdim edilib. AZƏRTAC xəbər verir ki, “QALA” Cəmiyyəti Azərbaycan dilində müxtəlif nəşrlər və təqdimatlarla festivalın proqramına qoşulub, Azərbaycan stendi təşkil edib
Cənubi Afrika Respublikasının “Frankie Pappas” memarlıq studiyasının mütəxəssislərinin layihəsi əsasında sıx meşədə müasir ferma evi tikilib. AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, qeyri-standart, dar ev təbii mühitə heç bir şəkildə müdaxilə etmir
Gürcüstan iqtisadiyyatı cari ilin 7 ayı ərzində (yanvar-iyul) 10,3 faiz artıb. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili hökumətin bugünkü iclasında məlumat verib. Onun sözlərinə görə, Ukraynada gedən proseslər Gürcüstana da təsirsiz ötüşməyib
Abşeron rayonunda şəhid ailələrinin, müharibə əlillərinin və Vətən Müharibəsi qəhrəmanlarının yaşadığı yeni yaşayış kompleksində genişmiqyaslı iməcilik keçirilib. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan iməcilikdə rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsinin əməkdaşları iştirak edib
Bosniya və Herseqovinanın paytaxtındakı Sarayevo Beynəlxalq Hava Limanı 2019-cu illə müqayisədə cari ildə iki ay əvvəl bir milyonuncu sərnişinə xidmət göstərərək rekord qırıb. AZƏRTAC xəbər verir ki, aeroportun bu ilin avqust ayına qədər 987 min 662 sərnişinə xidmət göstərdiyi və sərnişin sayının
Sumqayıt şəhərində dezinfeksiya və deratizasiya işləri həyata keçirilir. Şəhərin bütün çoxmərtəbəli binalarda, park və xiyabanlarda, iaşə obyektlərində kütləvi şəkildə dezinfeksiya tədbirləri görülür. AZƏRTAC xəbər verir ki, tədbirlər Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hazırlanmış qrafikə uyğun
Sosial media platforması “Instagram” uşaqların məxfiliyini pozduğuna görə 405 milyon avro cərimələnib.