İsmayıllıda Rayon Gənclər və İdman İdarəsinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı(MİHİ) rayon komitəsinin təşkilatçılığı ilə yeniyetmə və gənclər üçün Topçu kəndində günərzi yay düşərgəsi təşkil olunub. Düşərgədə şəhid Sübhi Mirzəliyevin övladları, gənc qazilər, yaradıcı və istedadlı gənclər, tələbələr istirahət ediblər
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyinin dünyanın 50-dən artıq ölkəsinə yayılmasını nəzərə alaraq bu virusla bağlı “beynəlxalq əhəmiyyətə malik fövqəladə vəziyyət“ elan edib. AZƏRTAC xəbər verir ki, beynəlxalq qurumun Baş direktoru Tedros Qebreyesus virusla bağlı səhiyyə
Gürcüstanda fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin üzvləri 22 İyul-Milli Mətbuat Günü münasibətilə görkəmli Azərbaycan yazıçısı, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyini ziyarət ediblər. Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) AZƏRTAC-a verilən
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Cəlilabad Bölgə Təcrübə Stansiyasında “Növbəli əkinçilikdə və heyvandarlığın yem bazasının gücləndirilməsində yem noxudunun əhəmiyyəti” mövzusunda tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev
Moldovanın paytaxtı Kişineu şəhərində həftəsonu Azərbaycan dili məktəbi açılıb. AZƏRTAC xəbər verir ki, Moldova Azərbaycanlıları Konqresinin (MAK) dəstəyi və təşkilatçılığı ilə açılan həftəsonu Azərbaycan dili məktəbinin əsas məqsədi Moldovada yaşayan azərbaycanlı məktəblilərə ölkəmizin
Televiziya məkanında ən uzun sürən seriallardan biri kimi yadda qalan “The Walking Dead” (Canlı meyit) on iki illik fasiləsiz yayımdan sonra oktyabrın 2-dən etibarən filmin son səkkiz seriyasının nümayişinə başlanacaq. AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, “AMC” kanalı bu gün əyləncə sənayesinin ən mühüm yarmarkası
Gəncə şəhərində yerləşən Kəlbəcər rayon Mədəniyyət Sarayında Gəncə Dövlət Kukla Teatrı 36-cı mövsümünü Əhməd Orucun “Zınqırovlu pişik” tamaşası ilə başa vurub. Gəncə Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə
Türkiyəli məşhur yazıçı Rasim Özdənörən vəfat edib. AZƏRTAC türk mediasına istinadla xəbər verir ki, o, Ankara Universiteti Tibb Fakültəsi Xəstəxanasında 82 yaşında dünyasını dəyişib. Rasim Özdənörən 1940-cı il mayın 20-da Türkiyənin Kahramanmaraş vilayətində anadan olub
2022-ci il iyulun 23-də Şərqi Zəngəzurda daha bir əlamətdar tarix yaddaşlara həkk olundu. 29 il Vətən həsrəti ilə yaşayan ailələrdən 10-u bu gün öz doğma kəndinə geri dönüb. Onlara təqdim olunan mənzillərin açarlarını sevinclə qəbul edən sakinlər, sənədləri də qürur hissi ilə imzalayıb
Çexiyanın paytaxtı Praqa şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku turniri keçirilir. AZƏRTAC xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən gənclərdən ibarət yığma komandamızın üzvü Samir Piriyev yarışda uğurla çıxış edərək finala vəsiqə qazanıb
İnsan sağlamlığını təhdid edən viruslarla mübarizə aparan viruslar var.