Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib. İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, videokonfrans formatında
Mayın 12-də Milli Məclisin Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Xorvatiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri ilə onlayn görüşü keçirilib
İctimai fəal, Buzovna qəsəbə sakinlərinin ətraf mühitin mühafizəsi üzrə hərəkatının təşkilatçısı Seyfulla Azər sosial şəbəkədə dənizkənarı villaların sahiblərindən birinin vətəndaşların dənizə çıxışını bağlayan ...
Niderlandın Utrext şəhərində “Birlikdə Güclüyük” Fondunun İdarə Heyəti üzvlərinin Azərbaycan icmasının nümayəndələri ilə görüşü keçirilib. Komitədən AZƏRTAC-a bildirilib ki, görüş zamanı “Birlikdə Güclüyük” Fondunun
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza hər səfəri böyük maraqla qarşılanır. Qarabağa edilən hər səfər bizi illərlə həsrətində olduğumuz, xəyallarımızda yaşatdığımız Böyük Qayıdışa addım-addım
Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 4 saylı tam orta məktəbdə “Gəncliyimizi narkomaniyadan qoruyaq”, “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirmə tədbiri keçirilib. Görüşdə RPŞ-nin əməkdaşları, rayon mərkəzi xəstəxanasının və icra
Pul əsginaslarından ibarət evi işsizlik müavinəti hesabına yaşayan irlandiyalı adi bir rəssam tikib. AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, əsginasların ümumi məbləği 1,4 milyard avro təşkil edib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Qaradağ rayonu ərazisində, ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 300 metr məsafədə bir nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat verilib
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” mövzusunda III Respublika elmi konfransının plenar iclası keçirilib
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək. Xidmətdən AZƏRTAC-a bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından
Mayın 12-də Tacikistanın Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib
“Paris Sen-Jermen” və Argentina millisinin futbolçusu Lionel Messi “Forbes” jurnalının versiyasına görə dünyanın ən çox qazanan idmançıları siyahısına başçılıq edir. AZƏRTAC xəbər verir ki, bu barədə nəşrin mətbuat xidməti məlumat yayıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Dağlıq-Şirvan Regional Məşğulluq filialı, Göyçay Peşə Hazırlığı Mərkəzi və “Azgranata” MMC-nin birgə təşkilatçılığı ilə yeni peşə hazırlığı kursuna start verilib
IT qlobal sahə olduğu üçün burada böyük beynəlxalq şirkətlərin sertifikatlarını əldə etmək artıq göstərici rolunu oynayır. Bu cür çətin kursları bitirərək yekunda imtahandan uğurlu nəticə əldə etmək üçün sahə üzrə yüksək bilik və təcrübə tələb olunur
Mayın 12-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Şuşa bizim milli rəmzimizdir” mövzusunda “Ən yaxşı yazı” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
Bəzi anadangəlmə xəstəliklər uşaq doğulduqdan sonra ilk günlərdə heç bir əlamətlərlə özünü büruzə vermir və yaxud da kliniki simptomları patoqnomonik olmur. Məhz bu səbəbdən bu cür xəstəliklərin erkən aşkarlanması və vaxtında
Sənaye zonaları ölkənin qeyri-neft sektorunun, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafında və əhalinin məşğulluğunun təmin edilməsində mühüm rol oynayır. İqtisadi Zonaların İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, indiyədək sənaye zonalarında
Mayın 24-də Norveçin paytaxtı Oslo şəhərindəki “Ədəbiyyat Evi”ndə (Litteraturhuset) Azərbaycanla Norveç arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə təntənəli tədbir keçiriləcək. Komitədən AZƏRTAC-a bildirilib ki, ölkəmizin İsveç, Norveç, Finlandiyadakı
Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir
Ölkədə neftin emalı cari ilin yanvar-aprel aylarında 1,8 milyon ton təşkil edib. Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 210 min ton az olub.
Təhsil naziri Emin Əmrullayev mayın 13-də Quba şəhərində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında qeydiyyatda olan sakinləri qəbul edəcək. Qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər
Uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları Azərbaycan birinciliyində yüksək nailiyyət əldə edib. AZƏRTAC Azərbaycan Təhsil Nazirliyinin saytına istinadla xəbər verir ki, U-15 kiçik yaşlı yeniyetmə oğlan və qızlar arasında cüdo idman növü üzrə Azərbaycan birinciliyi keçirilib
Çinin Fudan Universitetinin alimləri COVID-19 virusunun daha yoluxucu ştamı olan “omikron”a dair araşdırmanın nəticələrinə əsaslanaraq hesab edirlər ki, əgər ölkədə “Sıfır COVID” siyasəti tətbiq olunmasaydı, may-iyul aylarında təxminən 1,55 milyon nəfər pandemiyanın
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində mütəmadi olaraq müxtəlif mövzular ətrafında maarifləndirici proqramlar həyata keçirilir. Proqram çərçivəsində müasir gənclərin düşüncə hüdudlarını genişləndirmək, yaradıcı və innovativ potensiallarını üzə çıxarmaq
Dövlət İmtahan Mərkəzində (DİM) ilk dəfə olaraq sağlamlıq imkanları məhdud, gözdən əlil bir namizəd üçün kağız daşıyıcılar vasitəsilə TOEFL iBT imtahanı keçirilib. Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanın ilk iki sessiyası mayın 11-də, digər iki sessiyası isə mayın 12-də təşkil olunub