Fevralın 2-də Çexiyadakı “Ivy Group” şirkətinin təşkilatçılığı və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Praqadakı Nyu York Universitetində “İslam dünyasında və Azərbaycanda qadınların ictimai və peşəkar həyatda rolu” mövzusunda seminar keçirilib
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısını Alma Mərkəzinin (CDC) cümə günü dərc etdiyi hesabatında keçən həftə ərzində 16 uşağın qrip xəstəliyindən öldüyü bildirilir. Bu isə hər il noyabr ayından mart ayına kimi davam edən qrip mövsümü ərzində bu xəstəlikdən ölənlərin sayını 53-ə gətirib çıxarır
Azərbaycanda pul bazası fevralın 1-nə 8761,6 milyon manat təşkil edib. AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 218,4 milyon manat çoxdur. Son bir ildə ölkədə pul bazası 1429,9
Parisin birinci rayonunda yerləşən “Le Duc des Lombards” caz klubunda Azərbaycanın Əməkdar Artisti Şahin Növrəslinin konserti keçiriləcək. AZƏRTAC xəbər verir ki, fevralın 7-də keçiriləcək konsert amerikalı caz pianoçu, bəstəkar və pedaqoq Əhməd Camalın rəhbərliyi
Fevralın 5-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək. AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, hibrid hərracda 250 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.
Fevralın 2-də açıqlanmış siyasət bəyanatında deyilir ki, prezident Donald Trump Rusiyanın son illərdəki hərəkətlərinə cavab olaraq ABŞ-ın nüvə arsenalını təkmilləşdirməyi və üstünlüyü qeyri-strateji və ya taktiki nüvə silahlarına verməyi planlaşdırır. Nüvə İcmalı (The Nuclear Posture Review) adlı sənəd Trump hökumətində Pentaqonun nüvə silahı sahəsindəki məqsədlərini əks etdirir. 2010-cu ildən bəri ilk dəfədir ki, hərbiyyə qarşıdan gələn onilliklərdə nüvə təhlükəsini necə gördüyü barədə məlumat verir. Читать дальше...
Keçən il Avropa ölkələrində sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı xeyli artıb. AZƏRTAC xəbər verir ki, bu barədə Sığınacaq Verilməsi məsələləri üzrə Avropa Komissiyası (EASO) məlumat yayıb.
ABŞ Maliyyə Nazirliyinin Konqresə yeni hesabatında xəbərdarlıq edilir ki, Rusiya sanksiyalarının Rusiyanın yeni dövlət istiqrazlarına şamil edilərək genişləndirilməsi bütün qlobal iqtisadiyyatı mənfi təsirləndirə bilər. Bu hesabat Konqresə yanvarın 29-da təqdim olunsa da, ABŞ mediasına fevralın 2-də bəlli olub. Hesabatda deyilir ki, Rusiyaya qarşı sanksiyalara Rusiyanın dövlət istiqrazlarının və hökumətin qiymətli kağızlarının daxil edilməsi “həm Rusiya Federasiyasının, həm də Birləşmiş Ştatların... Читать дальше...
“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “AYNHA Hüquqi Müsabiqələr Klubu” hüquqşünas tələbələr arasında akademik məqalə müsabiqəsi elan edib. AZƏRTAC xəbər verir ki, müsabiqədə hüquqşünas tələbələr və magistrlar iştirak edə
ABŞ Konqresinin Kəşfiyyat Komitəsinin üzvü olan respublikaçılar Federal Təhqiqatlar Bürosunu (FTB) və Ədliyyə Nazirliyini prezident Donald Trump-a qərəzli münasibətdə ittiham edən ziddiyyətli memorandumu açıqlayıblar. Bundan az əvvəl Trump bu sənəd üzərindəki məxfiliyi qaldırmışdı. Fevralın 2-də açıqlanmış memorandum iddia edir ki, FTB və Ədliyyə Nazirliyi Trump seçki kampaniyasının Rusiya ilə uzunmüddətli əlaqələri olan üzvü Carter Page-in izlənməsi üçün icazədən qanunsuz şəkildə istifadə ediblər. Читать дальше...
“Azalternativenerji” keçən il 8,4 milyon kilovat/saat elektrik enerjisi istehsal edib. AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2017-ci il üzrə “Yanacaq-energetika kompleksində fəaliyyətə dair” hesabatında deyilir