Добавить новость
World News in Azerbaijani


Новости сегодня

Новости от TheMoneytizer

Azərbaycana görə Avropa İttifaqının bəyanatını yalnız Mogherini imzaladı

Avropa İttifaqının xarici işlər nazirləri və Şərq Tərəfdaşlığına daxil 6 ölkənin birgə yubiley bəyanatı Azərbaycanın mövqeyinə görə yalnız Aİ-nin xarici işlər komissarı Federica Mogerini tərəfindən imzalanıb.


İttifaqla daha yaxın münasibətlərə yol açan Şərq Tərəfdaşlığına Azərbaycandan başqa Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir.


Avropa İttifaqındakı mənbələr AzadlıqRadiosuna bildiriblər ki, Bakı birgə bəyanatda Azərbaycanın ərazi bütövlüyü məsələsinin qeyd edilməməsindən narazılıq edib.


Azərbaycan tərəfinin narazılığından sonra bəyanatın mətni olduğu kimi saxlansa da, onu yalnız xanım Mogherini imzalayıb.


Bəyanatın mətnindən Gürcüstan və Ukrayna da narazılıq ediblər. Onlar mətndə bu iki ölkənin Avropa İttifaqı üzvü olmaq niyyətlərinin qeyd olunmamasından narazı qalıblar.


Buna baxmayaraq Tbilisi və Kiyev Şərq Tərəfdaşlığının köhnə bəyanatlarının mətninə etiraz etmirlər.


Bunun əvəzində Şərq Tərəfdaşlığının 10-cu ildönümündə səslənən yubiley bəyanatında deyilir:


"Biz Şərq Tərəfdaşlığının Sammit bəyannamələrində əksini tapmış öhdəliklərimizi bir daha təsdiq edir və bu öhdəlikləri irəli aparmaq üçün güclü niyyətimizi vurğulayırıq”.


Şərq Tərəfdaşlığı 2009-cu ildən başlanıb.


O vaxtdan bəri hər il bu qrupun sammitləri keçirilir.

Читайте на сайте


Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. Абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.




Новости от наших партнёров в Вашем городе

Ria.city
Музыкальные новости
Новости России
Экология в России и мире
Спорт в России и мире
Moscow.media










Топ новостей на этот час

Rss.plus