“Qarabağ” üç futbolçu ilə yollarını ayırdı
Azərbaycan çempionu “Qarabağ”ın üç futbolçu ilə yollarını ayırması təsdiqlənib.
Beynelxalq.Info klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 2018/19 mövsümü bitdikdən sonra üç legionerlə vidalaşıb.
Bunlar polşalı Yakub Jezniçak, isveçrəli İnnosent Emeqara və braziliyalı Reynaldodur. Jezniçakın bitən müqaviləsi yenilənməyib. Emeqara və Reynaldonun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.