Çində 5G texnologiyası ilə idarə olunan ilk liman fəaliyyətə başlayıb
Çinin şərqində yerləşən Çindao şəhərindəki dəniz limanı dünyada ilkə imza atıb.
AZƏRTAC xəbər verir ki, limandakı yük kranlarının 5G şəbəkə texnologiyasının köməyi ilə uzaqdan idarə olunmasına başlanılıb. Bununla da Çindao dünyada 5G şəbəkə texnologiyasının köməyi ilə əməliyyat aparılan ilk liman statusunu qazanıb