Parisdə ilk dəfə solo konsert proqramı ilə çıxış edəcəyimə görə həyəcanlıyam, amma inanıram ki, konsert uğurlu keçəcək və musiqisevərlərin ürəyincə olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində dünya şöhrətli azərbaycanlı tenor, Xalq artisti Yusif Eyvazov mətbuat konfransında deyib