Çox illərdir ki, bizim qış sessiyalarımız təxminən eyni vaxtda keçirilir və yanvarın 19-da, 20-də biz adətən yolda oluruq. Uzun yol isə həm də düşünmək üçün əlavə bir fürsətdir. Hər dəfə bu uzun yolu qət edərkən xalqım, onun azadlıq, müstəqillik uğrunda əzablı mübarizələr tarixi haqqında həmişəkindən daha çox düşünürəm