Qətərdə keçiriləcək dünya çempionatının tarixi açıqlanıb
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə XXII dünya çempionatının təşkil olunacağı vaxt təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bu barədə FIFA-nın prezidenti Canni İnfantino açıqlama verib. O bildirib ki, növbəti mundial dörd il sonra - noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək