Добавить новость
World News in Azerbaijani


Новости сегодня

Новости от TheMoneytizer

Həbsdə olan cəbhəçi gəncin ağciyərinə su yığıdığı deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Neftçala rayon şöbəsinin fəalı, bir ildən artıqdır həbsdə olan Elnur Fərəcovun vəziyyətinin ağırlaşdığı bildirilir.


Bu barədə atası Hüseyn Fərəcov AzadliqRadiosuna danışıb.


Hüseyn Fərəcov deyir ki, oğlunun səhhətində əvvəldən də ciddi problemlər müşahidə olunub:


“ Həbsxanada durumu daha da pisləşib. Keçən ay saxlandığı Salyan 5 saylı təcridxananın rəhbərliyi durumunun ağırlığına görə, onu Bakıya müalicəyə göndərib. İndi isə ona məhkumluğunun “tubzon”da davam edəcəyini bildiriblər”


“Tubzon” (“vərəm zonası” mənası verir – red.) Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Binə qəsəbəsində vərəm xəstələrinin müalicəsindən ötrü yaradılan 3 saylı ixtisaslaşdırılmış cəzaçəkmə müəssisəsidir.


Hüseyn Fərəcov oğlu ilə sonuncu dəfə yanvarın 25-də görüşdüyünü deyir:


“Elnuru şənbə günü Binəyə aparıblar. Gələn həftənin əvvəli yenə görüşəcəyik, yemək aparacağıq. Onun boynunda şiş vardı, apardılar müayinə edəndə ağciyərində su olduğu aşkarlandı, suyu çəkdilər. Pentinsiar Xidmətin xəstəxanasında boynundakı şişdən analiz götürsələr də diaqnoz alınmadı. Çünki analizi şişdən yox, əzələdən götürmüşdülər. İkinci analizin cavabı müsbət oldu. Narahatlığımız var, çünki orda belə bir xəstəliyin tam müalicə olunacağına əminliyi yoxdur. Amma əhval-ruhiyyəsi yaxşıdır…”.


 


Buna da bax: Neftçalada seçki etirazı


Atası deyir ki, oğlu 2016-cı il sentyabrın 11-də keçirilən mitinqdə iştirak etdiyinə görə, şərlənərək həbs edilib:


“Mitinqdən bir həftə sonra polislər onu işlədiyi “Azəryod” zavodundan apardılar və 5 sutka inzibati cəza aldı. Bir ay sonra işdən çıxartdılar…Sonrası da məlumdur da, narkotiklə şərləyib həbs etdilər”.


 Hüseyn Fərəcovun bu açıqlamasına, hələlik, “Azəryod”Açıq Səhimdar Cəmiyyətindən, hüqüq mühafizə və məhkəmə orqanlarından münasibət almaq mümkün olmayıb.


 


Xatırlatma


AXCP-nin gənc fəallarından olan, 1987-ci il təvəllüdlü Elnur Fərəcov 2016-cı il dekabrın 9-da narkotika ittihamı ilə saxlanıb və məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.


 


Buna da bax: AXCP fəalına 3 il həbs cəzası verilib


Hazırda AXCP-nin 10-a qədər fəalı həbsdədir. Partiya və hüquq müdafiə təşkilatları onları siyasi məhbus sayır.Ancaq rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.Onların deməsinə görə, siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə, məsuliyyətə cəlb olunublar.

Читайте на сайте


Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. Абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.


Новости от наших партнёров в Вашем городе

Ria.city
Музыкальные новости
Новости России
Экология в России и мире
Спорт в России и мире
Moscow.media










Топ новостей на этот час

Rss.plus